Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, 1-ci turun oyunlarını Xorvatiyada keçirən yığmamız ilk qarşılaşmasında ev sahibi ilə üz-üzə gəlib.
Görüşə daha yaxşı başlayan Faiq Qarayevin yetirmələri birinci setdən 25:19 hesablı qələbə ilə ayrılıblar. Üstünlüyünü sonadək qoruyan komandamız növbəti hissələri də 25:19 və 25:22 hesabları ilə aktivinə yazdırıb. Beləliklə, Xorvatiya yığmasını 3:0 hesabı ilə məğlub edən millimiz Qızıl Avropa Liqasına qələbə ilə başlayıb. 
Qeyd edək ki, növbəti oyunumuz sabah Slovakiya yığmasına qarşı olacaq.

Qızıl Avropa Liqası

17 may

Azərbaycan - Xorvatiya 3:0 (25:19, 25:19, 25:22)