
Millimiz Xorvatiyaya məğlub oldu
- 15 Apr 2025 21:58
- 36
Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.
Rekord.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Bakı İdman Sarayında baş tutan görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.
Yığmanın yeganə qolunu Oktay Rüstəmli (21,5) vurub.
Millinin yer aldığı 5-ci qrupu Xorvatiya 18 xalla lider tamamlayıb. Yunanıstan 7 xalla ikinci, eyni xala malik İsveç üçüncü, Azərbaycan 2 xalla sonuncu - olub.