21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı 2-ci qrupda da bir matç baş tutub.

Slovakiya yığması öz meydanında Lixtenşteyni qəbul edib. Meydan sahibləri darmadağınla qalib gəlib – 6:0

Bu, qrupda son görüş olub. Bununla da 2-ci qrupda mübarizə yekunlaşıb və yığmaların yekun mövqeyi bəlli olub.

Azərbaycan yığması tsikli 5-ci pillədə bitirib. Milan Obradoviçin yetirmələri yalnız Lixtenşteyni qabaqlaya bilib. Qrupda ilk iki yeri tutan Fransa və İsveçrə isə final mərhələsinə vəsiqə qazanıb.