![photo](https://www.rekord.az/storage/uploads/5/affa-logo-1.jpeg)
Millimizdən ikinci yoxlama oyununda heç-heçə
- 00:20
- 40
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, U-17 BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 2:2 hesablı heç-heçə yekunlaşıb. Millimizin heyətində hər iki qolu 37 və 75-ci dəqiqələrdə Xanım Əsədova vurub.
Komandalar arasında fevralın 7-də keçirilən ilk matçda Birləşmiş Ərəb Əmirlikləri seçməsi 2:1 hesablı qələbə qazanıb.