Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında bu gün üçüncü matçına çıxıb.

Rekord.az xəbər verir ki, yığmamız İsrail ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Milli ilk matçında İrlandiyaya (0:1), daha sonra isə Türkiyəyə (1:12) uduzub. İsrail isə həmin komandalara müvafiq olaraq 1:2 və 0:6 hesabı ilə məğlub olub.