Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Latviyadakı təlim-məşq toplanışı çərçivəsində beynəlxalq yoldaşlıq oyunu keçirib.

Rekord.az xəbər verir ki, Latviya yığması ilə oyun 1:1 hesabı ilə nəticələnib.

Millimizin heyətində Alina Dorofoyeva fərqlənib.

Bu komandalar arasında növbəti oyun iyulun 17-də keçiriləcək.