![photo](https://www.rekord.az/storage/uploads/5/24.jpg)
Millimizdən növbəti qələbə
- 19 Avq 2023 02:54
- 398
Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
Rekord.az xəbər verir ki, “Dalğa Arena”da monteneqrolu yaşıdları ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb.
Millimizin qollarını Əkbər Məhərrəmov və penaltidən Həsən Nəzərli vurub.
Qeyd edək ki, bu komandalar arasında üç gün əvvəl keçirilmiş ilk oyun millimizin 4:1 hesablı qələbəsilə nəticələnmişdi.