
Millimizdən taciklərlə heç-heçə
- 06 Fev 2020 20:40
- 926
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Rekord.az xəbər verir ki, Tacikistandan olan həmyaşıdları ilə qarşılaşan futbolçularımız bu oyundan heç-heçə ilə ayrılıblar - 1:1.
Yığmamızın heyətində Nicat Quliyev fərqlənib.
U-17 növbəti oyununu fevralın 10-da Danimarkanın "Hellerup" klubuna qarşı keçirəcək.