Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində bu gün növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında komandamız Yunanıstan yığmasını qəbul edib.

Millimiz ikinci ev oyununda da heç-heçə ilə kifayətlənib.

AÇ-2026, əsas mərhələ
5-ci qrup

4 fevral

Azərbaycan – Yunanıstan 2:2
Qollar: Oktay Rüstəmli, 0:52, Spyridon Papakostas, 38:52 (ö/q) // Leandros Tankas, 14:25, Marios Ntatis, 37:24
Bakı İdman Sarayı. Saat 20:00.

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 14. Tofiq Mikayılov, 1. Emin Kürdov (q, k), 2. Nihad İsmayılov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 10. Seymur Məmmədov, 17. Nurlan Mehdizadə, 20. Fərid Abbasov.
Baş məşqçi: Vitali Borisov.

Yunanıstan: 1. Nikolaos Aronis (q), 4. Seiti Ensi, 6. Andreas Tarnanidis, 7. Marios Ntatis, 9. Alexandros Adamopoulos, 12. Dimitris Zervas (q, k), 2. Evangelos Avlonitis, 3. Konstantinos Papadopoulos, 5. Dimitrios Karydas, 8. Lampros Tsinas, 10. Spyridon Papakostas, 11. Leandros Tankas, 13. Kostas Panou, 14. Vasilis Tzakidis.
Baş məşqçi: İoannis Ziavas.