Avropa çempionatının seçmə mərhələsində, oktyabrın 23-də Polşa və 27-də Çexiya yığmaları ilə qarşılaşacaq qadınlardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, qeyd olunmuş oyunlara hazırlıq məqsədilə oktyabrın 14-dən 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasına 21 futbolçu dəvət olunub:

1. Şərifova Aytac – FK Hakkarigücü (Türkiyə)
2. Əskərzadə Elvira – FK 8 – İOEUGiM
3. Əliyeva Nərgiz – FK Marxal
4. Mirzəliyeva Nigar – FK Marxal
5. Məmmədova Kamilla – FK Uğur
6. Hacıyeva Nərgiz – FK Fatih Vətən (Türkiyə)
7. Acar Yeliz – FK Fatih Vətən (Türkiyə)
8. Məhsimova Jalə – FK Zenit (Rusiya)
9. Dorofeyeva Alina – FK Yenisey (Rusiya)
10. Əhmədova Ayşən – FK Okjetpes (Qazaxıstan)
11. Guliyeva Roza – FK Okjetpes (Qazaxıstan)
12. Bozkaya Nəslihan – FK Kəmər ( Türkiyə)
13. Bakarandze Kristina – FK Hakkarigücü (Türkiyə)
14. Əliyeva Aysun – FK Fatih Vətən (Türkiyə)
15. Sərdarlı Rövşanə – FK Okjetpes (Qazaxıstan)
16. Rəhimova Sona – FK 8 – İOEUGiM
17. Əliyeva Coşqunə – FK Marxal
18. Məmmədova Diana – FK Yenisey (Rusiya)
19. Hacıyeva Vüsalə – FK İjevsk (Rusiya )
20. Seyfəddinova Vüsalə – FK ALG Spor (Türkiyə)
21. Zerioul Nisrina – VFL Bohum (Almaniya)

Qeyd: Alina Dorofeyeva, Kristina Bakarndze, Diana Məmmədova oktyabrın 17-də, Nisrina Zerioul isə oktyabrın 21-də milli komandaya qoşulacaqlar.