21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Barış Ekincierin çıxış etdiyi Almaniya “Bohum”unda koronavirus aşkarlanıb. 

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu səbəbdən, komandanın bütün oyunçuları, məşqçilər və işçilər karantinə alınıb. Klub həmin futbolçunun adını açıqlamayıb. 

İkinci Bundesliqa təmsilçisinin avqustun 25-dən başlamalı olduğu təlim-məşq toplanışı da ləğv edilib. Komandanın "Lyubek"lə bu günə nəzərdə tutulan yoldaşlıq görüşü də keçirilməyəcək. 

Qeyd edək ki, Barış Ekincier U-21-in sentyabrın 7-də keçiriləcək Fransa ilə matçına dəvət alıb. Onun bu matçda iştirak edib-etməyəcəyi bilinmir. Yığma görüşün hazırlıq prosesinə avqustun 28-dən başlamalıdır.