Antalyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha iki futbolçu dəvət olunub.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Neftçi”dən Rüfət Abbasov və Norveçin “Rusenborq” klubunun üzvü Dəniz Mehmetoğlu komandaya qoşulub.