Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət millisinin Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsindəki rəqibləri bəlli olub.


Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 9-cu qrupda yer alan U-17 Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.


Birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.