
Millimizin AÇ-nin seçmə mərhələsindəki rəqibləri bəlli oldu
- 11 Mar 2025 18:00
- 63
Azərbaycanın çimərlik futbolu millisinin Avropa çempionatının 1-ci seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, yığma A qrupunda yer alıb.
Sahib Məmmədovun rəhbərlik etdiyi kollektiv turnirin B Liqasında Litva, İngiltərə və Belçika ilə qarşılaşacaq.
Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariya şəhərində keçiriləcək.