17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyada keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb.

Matc.az xəbər verir ki, millimiz seçmə mərhələyə hazırlıq məqəsilə oktyabrın 9-dan 11-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək.

Bakı toplanışından sonra Serbiyaya gedəcək yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını və oyunların təqvimini diqqətinizə çatdırırıq:

1. Ayxan Abbaszadə - Turan Tovuz
2. Həbib Hüşənov - Qəbələ
3. Ayxan Əlizadə - Sabah
4. Məsud Əlişanlı - EFA
5. Əhməd Tarverdiyev - Sabah
6. Səmid Əhmədov - Qəbələ
7. Əli Nəbizadə - Neftçi
8. Vüsal Paşayev - Sumqayıt
9. Nadir Orucov - Sumqayıt
10. Rəşad Alışov - Sabah
11. Tuncay Əhmədov - Sabah
12. Əkbər Məhərrəmov - Sabah
13. Ömər Kərimov - Qəbələ
14. Əmir Əliyev - Sabah
15. Babamirzə Mehdiyev - Sabah
16. Elton Babazadə - Qarabağ
17. Ziya Şəkərxanov - Qəbələ
18. Emin Feyzullayev - Sabah
19. Həsən Nəzərli - Ankaragücü (Türkiyə)
20. Hikmət Cəbrayilzadə - Qarabağ
21. Amid Qasımov - Qarabağ
22. Ümid Səlimov - Sabah
23. Röyal Fərzullazadə - Neftçi
24. Həbib Qədimov – Qarabağ

21 oktyabr. Saat 19:00
Serbiya – Azərbaycan
 
24 oktyabr. Saat 14:00
Sloveniya – Azərbaycan
 
27 oktyabr. Saat 16:00
Azərbaycan – Lüksemburq
 
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.