Voleybol üzrə qadın və kişilər arasında 2023-cü ildə keçiriləcək Avropa çempionatının qrupları noyabrın 16-da bəlli olacaq. "Rekord.az" xəbər verir ki, həmin baş tutacaq püşkatma mərasimində Azərbaycanın qadın voleybolçularından ibarət millisinin mübarizə aparacağı qrup və rəqiblərinə də aydınlıq gələcək.

Tədbir İtaliyanın Napoli şəhərində təşkil olunacaq.

Qeyd edək ki, qadınlardan ibarət millimiz ardıcıl 10-cu dəfədir ki, qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanıb. Bu yarışa 15 avqust-3 sentyabr tarixlərində Belçika, Almaniya, İtaliya və Estoniya ev sahibliyi edəcəklər. 28 avqust-16 sentyabr tarixlərində İtaliya, Şimali Makedoniya, Bolqarıstan və İsraildə təşkil olunacaq kişi voleybolçuların çempionatında isə yığmamız iştirak etməyəcək.