Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
- 08 Sen 2022 16:45
- 466
Serbiyanın Novi Sad şəhərində keçiriləcək yeniyetmə, gənclər və böyüklər arasında sambo üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, baş məşqçi Vahid Tarverdiyev və məşqçi Cabir İsmayılovun rəhbərliyi altında 19 idmançı mübarizə aparacaq.
Bunlardan 5-i yeniyetmə, 6-sı gənclər, 6-sı böyüklər və 2-si döyüş sambosu ilə məşğul olanlardır. Komanda 14 sentyabrda yola düşüb, 19 sentyabrda Bakıya dönəcək.
Yeniyetmələr: Musaxan Gülməmmədov (64 kq), Kərəm Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq), Fərəc Gözəlov (88 kq), Orxan Məcidli (+98 kq);
Gənclər: Rəvan Rüstəmli (58 kq), Elvin Bağırov (64 kq), Əhməd Hüseynov (71 kq), Adil Adilzadə (79 kq), Məhəmmədəli Əliyev (88 kq), Məhəmməd Məmmədzadə (+98 kq);
Böyüklər: Mehman Xəlilov (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Emil Həsənov (71 kq) Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq), Toğrul Salmanov (+98 kq);
Döyüş sambosu: Ramil Vəliyev (79 kq), Nəbi Məmmədov (98 kq).
Sambo üzrə Avropa çempionatı 15–18 sentyabrda baş tutacaq.