Azərbaycanın voleybol üzrə yığma komandalarının Avropa Liqasındakı rəqibləri bəlli olub. "Rekord.az" xəbər verir ki, qadın və kişi yığmalarımızın rəqiblərinin adlarına Lüksemburqda baş tutan püşkatma mərasimindən sonra aydınlıq gəlib.

Qızıl Avropa Liqasında mübarizə aparacaq qadınlardan ibarət millimiz C qrupunda yer alıb. Vasif Talıbovun baş məşqçiliyi ilə çıxış edəcək komandamızın rəqibləri Ukrayna, İspaniya və Rumıniya kollektivləridir.

Gümüş Liqada çıxış edəcək kişi voleybolçularımız isə A qrupunda yer alıblar. Millimiz Finlandiya və Xorvatiya ilə rəqib olub.

Qeyd edək ki, qrup mərhələsinin oyunları gələn ilin may-iyun aylarında keçiriləcək.

 

Qızıl Avropa Liqası (qadınlar)

C qrupu

   Azərbaycan, Ukrayna, İspaniya, Rumıniya

Gümüş Avropa Liqası (kişilər)

A qrupu

   Azərbaycan, Finlandiya, Xorvatiya