Millimizin baş məşqçisi Antaliyaya getdi
- 03 Fev 2021 10:57
- 573
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Türkiyənin Antalya şəhərinə yollanıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfərin məqsədi Antalyada təlim-məşq toplanışında olan klubların heyətindəki Azərbaycan milli komandasına potensial namizəd futbolçuları izləməkdir.
Qeyd edək ki, AFFA-nın Azərbaycan millisinə cəlb etmək istədiyi futbolçuların siyahısında Rusiyanın “Ximki” klubunda çıxış edən Kamran Əliyev və Ukraynanın “Minay” klubunda oynayan Anatoli Nuriyev də var.