Millimizin baş məşqçisi: “Bunu bacaracağımıza inanıram”
- 23 Okt 2019 23:30
- 816
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin əsas mərhələsi çərçivəsində bu gün keçirilmiş Moldova ilə oyunu şərh edib.
Rekord.az xəbər verir ki, braziliyalı mütəxəssis oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun olacağını bildirdik. Çünki Moldova millisinin hazırkı heyəti uzun müddətdi bir yerdə məşqlər keçir. Bizim heyətimizdə isə zədə və digər səbəblərdən mütəmadi dəyişikliklər baş verir. Oyun istədiyim məcrada keçdi və nəticədən razı qaldım. Ancaq səhvlərimiz də oldu. Xüsusilə də qol epizodlarını reallaşdırmaq baxımından çətinlik çəkdik. Təbii ki, bunun üzərində işləyəcəyik. Monteneqroya qarşı bu səhvləri buraxmamalıyıq. Onlar da kifayət qədər hazırlıqlı komandadı. Çalışacağıq daha çox qol vuraq və fərqli hesabla qələbə qazanaq. Bu gün reytinq cədvəlində üst sıralarda qərarlşadığımıza görə, əksər rəqiblər bizə hörmətlə yanaşır. Biz də bu mərhələni birinci pillədə başa vurmalıyıq ki, elit-raundda mübasib komandalarla üz-üzə gələk. Komandamın dünya çempionatının final mərhələsində yollanması üçün postensialı var və bunu bacaracağımıza inanıram”.