
Millimizin baş məşqçisi və sabiq kapitanımız MOK-un İcraiyyə Komitəsinə üzv seçiliblər
- 18 Fev 2025 14:13
- 117
Fevralın 18-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki baş məclisi keçirilib. "Rekord.az" xəbər verir ki, tədbirdə Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
Hesabat-seçki baş məclisində, həmçinin MOK-un İcraiyyə Komitəsinin üzvləri də seçilib. Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin keçmiş kapitanı, veteran voleybolçumuz Alla Həsənova da qurumda təmsil olunacaq. Yığmamızın baş məşqçisi Faiq Qarayev isə təkrar üzv seçilib.
Beləliklə, Prezident İlham Əliyev, eləcə də Azər Əliyev, Çingiz Hüseynzadə, Fərid Mansurov, Zemfira Meftahətdinova, Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Faiq Qarayev və Alla Həsənova MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.