Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligilin növbəti mövsümdə çalışdıracağı komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir ki, türkiyəli mütəxəssis Yunanıstanın PAOK klubunun baş məşqçisi təyin olunub. 

41 yaşlı təcrübəli mütəxəssis artıq klub tərəfindən ictimaiyyətə təqdim olunub. Güneyligil son mövsümü üçüncü yerdə başa vuran PAOK-u ən azı bir il çalışdıracaq.

Qeyd edək ki, Ataman Güneyligil ötən ay millimizin baş məşqçisi postuna gətirilib. O, komandamızı bu il avqustda keçiriləcək Avropa çempionatına hazırlayacaq.