Millimizin baş məşqçisindən etiraz: "Nəticələrimiz fiasko olacaq"
- 02 Sen 2020 14:22
- 935
Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev isə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində idman zallarının nə zaman açılacağı ilə bağlı sualın verilməməsindən narazılığını dilə gətirib.
Rekord.az xəbər verir ki, qurum rəsmisi şəxsi "feysbuk" hesabında idmanın çökmək uzrə olduğunu vurğulayıb:
İstər yığma, istər sinif məşqlərinin bərpası çox ağır olacaq. Açıq havada yalnız ümumi fiziki hazırlıq məşqləri etmək mümkündür. 6 ay fiziki hazırlıq olmaz axı...
Beynəlxalq yarışlara start verilsə, FİASKO sözündən başqa mövzu olmayacaq! Brifinq keçirənlər peşəkar idmandan xəbəri olmayan insanlardır. İdman dövlətimizi təmsil edən sütunlardan biridir. Ən azından muəyyən məhdudiyyətlər qoyulmaqla, qoruyucu tədbirlər görməklə zallar açılsın.