![photo](https://www.rekord.az/storage/news/2025_02_10/87a7bbee_1b39_3749_91f1_076a652ec5d1_850_1739197432.jpg)
Millimizin baş məşqçisinə AÇ-nin xatirə medalı təqdim olundu
- 10 Fev 2025 19:00
- 46
Polşanın Byelsko-Byala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U-21 yaş kateqoriyaları üzrə 52-ci Avropa çempionatının xatirə medalı Azərbaycanın yeniyetmə və gənclərdən ibarət baş məşqçisi Anar Allahverdiyevə təqdim olunub.
Rekord.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisi Polşada 3 medal qazanıb. Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) isə bürünc medala yiyələnib.