Millimizin baş məşqçisinə forma hədiyyə olundu
- 22 Avq 2020 00:46
- 657
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün ilk turu çərçivəsində keçirilən “Sumqayıt” – “Keşlə” qarşılaşmasını milli komandanın yeni baş məşqçisi Canni De Byazi də izləyib.
Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra "gənclik şəhəri" təmsilçisinin prezidenti Riad Rəfiyevlə də görüşüb.
Klub rəhbəri 64 yaşlı baş məşqçiyə "Sumqayıt"ın "22" nömrəli oyun geyimini hədiyyə edib.
Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.