Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının TST “Astara” – “Şıxlar” (Qobustan) oyununda  “Şıxlar”ın futbolçusu Bəhruz Kərimov qarşılaşmanın 74-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasının “Səbail” – “Qəbələ” oyununda “Səbail”in futbolçusu Firuz Əhmədov qarşılaşmanın 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasının “Zirə” – “Mil-Muğan” oyununda “Mil-Muğan”ın futbolçusu Nicat Fərzəliyev qarşılaşmanın 65-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-16 Liqasının “Qəbələ” – “Səbail” oyununda “Qəbələ”nin futbolçusu Zübair Əliyev qarşılaşmanın 40+1-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Qarşılaşmanın 80-ci dəqiqəsində “Səbail”in futbolçusu İlham Əliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-16 Liqasının “Neftçi İK İB” – “Xilə” oyununda “Xilə”nin futbolçusu Kərim Məmmədov qarşılaşmanın 40-cı dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-14 Liqasının “Neftçi” PFK – ROFM (Bakı) oyununda ROFM (Bakı) komandasının futbolçusu Natiq Ağamalıyev qarşılaşmanın 70-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasının İsgəndər Cavadov BFA – Xətai FK (Bakı) oyununda İsgəndər Cavadov BFA komandasının futbolçusu Nicat Amanov qarşılaşmanın 31-ci dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasının “Sumqayıt” – “Keşlə” oyununda “Keşlə”nin baş məşqçisi Vəli Hüseynov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-14 Liqasında keçirilməli olan “Şahdağ” (Qusar) - “Neftçi İK İB” (Siyəzən) oyunu “Şahdağ”ın təyin olunan vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Buna görə “Şahdağ”a 0:3 texniki məğlubiyyət verilib.

U-13 Liqasında keçirilən “Neftçi İK İB” (Siyəzən) – “Şirvanovka” (Qusar) oyununda “Şirvanovka”nın baş məşqçisi Kamran Nurəhmədov qarşılaşmanın 23-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-12 Liqasında keçirilməsi nəzərdə tutulan “Fireland FC” - “Sabah” oyunu “Fireland”ın təyin olunan vaxtda oyuna gəlməməsinə görə baş tutmayıb. Bu səbəbdən “Fireland”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında keçirilən UGİM (Siyəzən) – UGİM (Xaçmaz) oyununda UGİM (Siyəzən) komandasının baş məşqçisi Emin Nəzərov aqressiv formada meydana daxil olaraq hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 5 oyun cəzalanıb.

U-11 Liqasında keçirilməsi nəzərdə tutulan “Ərgünəş FK” (Sumqayıt) - İOEUGİM (Sumqayıt) oyunu İOEUGİM (Sumqayıt) komandasının təyin olunan vaxtda meydana çıxmaması üzündən keçirilməyib. Bu səbəbdən İOEUGİM komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə I Liqanın “Star Karqo” – “Yasamal İSK-2” oyununda “Star Karqo”nun futzalçısı Ceyhun Məmmədov ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyun cəzalanıb.

Futzal üzrə I Liqanın “Baku Fire” – “Standard” matçında “Baku Fire”nin üzvü Aslan Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə I Liqanın U-19 – “Rayyan” oyununda U-19 komandasının baş məşqçisi Ağatahir Əzimov öz oyunçularını təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Baku Fire” – “Neftçi” oyununda “Neftçi”nin üzvü Emil Həsənzadə rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.