![photo](https://www.rekord.az/storage/uploads/5/4f1f0f25-4853-3bf2-9174-19e7a5a9e26b-850.jpg)
Millimizin Belçika ilə oyununun hakimləri bəlli oldu
- 06 Sen 2023 13:40
- 273
AÇ-2024-ün seçmə mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə edilib.
FİFA referisi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.
Sentyabrın 9-da "Dalğa Arena"da gerçəkləşəcək Azərbaycan - Belçika görüşü saat 17:00-da başlayacaq.