AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 19-da Brüsseldə, “King Baudouin Stadium”da keçiriləcək Belçika – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Rekord.az xəbər verir ki, UEFA bu oyunu Macarıstandan olan hakimlərə tapşırıb.

Baş hakim: Gergo Bogar
Baş hakinin köməkçiləri: Theodoros Georgiou, Balazs Szalai
Dördüncü hakim: Ferenc Karako
(Hakimlər briqadası Macarıstandandır)

Qeyd edək ki, bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.