Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Anastasiya Bessonovanın növbəti mövsümdə çıxış edəcəyi klub bəlli olub. "Rekord.az" xəbər verir ki, hücumçumuz karyerasını vətənda davam etdirəcək. 

21 yaşlı voleybolçumuz Bakının "Azərreyl" klubu ilə razılığa gəlib. O, ən azı bir il ölkə klubunun şərəfini qoruyacaq. 

Qeyd edək ki, "Azərreyl" növbəti mövsümdə yerli çempionatla yanaşı, avrokubokda mübarizə aparacaq.