Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Dadaşovun komandası “Las Veqas Layts”la qarşılaşıb. Görüş 3:3 hesablı bərabərliklə bitib.

Rüfət oyuna start heyətində başlayıb və sonadək meydanda olub. 5-ci dəqiqədə fərqlənən Dadaşov, komandasının ilk qolunu vurub. O, 68-ci dəqiqədə Solomon Asantenin qolunun məhsuldar ötürməsinin də müəllifi olub.

9 oyuna 20 xal toplayan “Finiks Rayzinq” B  qrupunun birincisidir.