
Millimizin futbolçusu Albaniya klubu ilə müqavilə bağladı
- 01 İyl 2023 15:00
- 365
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya" komandasına keçib.
Rekord.az xəbər verir ki, bu barədə klubun prezidenti Agim Demrozi "PanoramaSport" nəşrinə açıqlama verib.
O, 28 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandığını bildirib.
Xatırladaq ki, Vüsal İsgəndərli ötən mövsümü "Sumqayıt"da keçirib.