Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçü Niderlandda klubunu dəyişib.

Rekord.az xəbər verir ki, 24 yaşlı hücumçu səviyyəcə ikinci sayılan Erstedivizion təmsilçisi “Eyndhoven”ə transfer olunub.

Onun son klubu elə bu liqada çıxış edən “Telstar” olub.

Ozan Can Kökçü əvvəllər Azərbaycanda "Sabah" komandasının, eləcə də U-20 və U-21 yığmalarının formasını geyinib.