Ukraynanın “Aleksandriya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Pavel Paşayev zədəsini sağaldıb.

Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, son matçlarda iştirak etməyən cinah müdafiəçisi iyulun 25-də "Mariupol"la görüşdə meydanda ola bilər. 

Qeyd edək ki, "Aleksandriya" Avropa Liqasına vəsiqə uğrunda pley-offun yarımfinal mərhələsində sabah "Mariupol"la qarşılaşacaq. Qəbələ qazanan komanda iyulun 29-da finalda "Kolos" - "Dnepr-1" cütünün qalibi ilə üz-üzə gələcək.