Millimizin futbolçusu zədədən qayıtdı
- 28 Noy 2019 18:20
- 1006
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov zədəsini sağaldıb.
Rekord.az “Bild”ə istinadən xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib. Sol ayağından zədələnən “Proyssen”in futbolçusu, dünəndən məşqlərə başlayıb:
“Ağrılara qarşı dərmanlar var. Komandama kömək etmək istəyirəm. Bizim 3 xala ehtiyacımız var”.
3-cü Bundesliqanın 17-ci turunun “Proyssen” – “Valdhof” oyunu noyabrın 30-da keçiriləcək.