Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev şərəfini qoruduğu “Aleksandriya” klubu ilə yeni müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb.

İmzalanan yeni müqavilənin müddəti 1 ildir.

Paşayev 2017-ci ildən “Aleksandriya”nın uğurları üçün çalışır.