Avropa çempionatının təsnifat mərhələsində çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan milisinin yekun heyəti açıqlanıb. "Rekord.az" xəbər verir ki, komandamızın heyətinə təcrübəli oyunçularla yanaşı, gənclər də dəvət edilib.

B qrupunda yer alıb. Rəqiblərimiz Avstriya və Belçika kollektivləridir. 

Qeyd edək ki, ilk oyunumuz avqustun 17-də səfərdə Avstriyaya qarşı olacaq. Növbəti qarşılaşma bir həftə sonra Bakıda baş tutacaq. Komandamız digər oyunlarını isə gələn il keçirəcək.

 

Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edən millimizin yekun heyəti belədir:

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou, Vüsal Rüstəmov

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov

Baş məşqçi: Fərid Cəlalov

Köməkçi məşqçilər: Akif Vəliyev, Ülvi Rəcəbli