21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da səfərdə Lüksemburq, 10-da isə evdə Serbiya yığması ilə qarşılaşacaq.

Rekord.az xəbər veerir ki, bu məqsədlə komanda sentyabrın 2-dən 10-dək təlim-məşq toplanışında olacaq. U-21 sentyabrın 3-dən 4-nə keçən gecə Lüksemburqa yollanacaq, ayın 7-də Bakıya qayıdacaq.

Azərbaycan milli komandası sentyabrın 6-da, Bakı vaxtı ilə saat 21:30-da “Emile Mayrisch” stadionunda Lüksemburq yığması ilə, sentyabrın 10-da, saat 19:00-da “Dalğa Arena”da Serbiya seçməsi ilə üz-üzə gələcək.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

1. Eldar Tağızadə - Tudelano (İspaniya)
2. Xəyal Fərzullayev - Sumqayıt
3. Rüstəm Samiqullin - Neftçi
4. Süleyman Damadayev - Qəbələ
5. İbrahim Ramazanov - Turan Tovuz
6. Emin Rüstəmov - Səbail
7. Cəlal Hüseynov - Arda (Bolqarıstan)
8. Eşqin Əhmədov - Qəbələ
9. Abdulla Rzayev - Sabah
10. Rüfət Əhmədov - Turan Tovuz
11. Rüfət Abbasov - Şamaxı
12. Mahir Həsənov - Kəpəz
13. Qurban Səfərov - Şamaxı
14. Mirəli Əhmədov - MOİK
15. Rauf Rüstəmli - Şamaxı
16. Emil Səfərov - Neftçi
17. Xəyal Əliyev - Sabah
18. Murad Vəliyev - Nomme Yunayted (Estoniya)
19. Fərid Yusifli - Turan Tovuz
20. Şahin Şahniyarov - Qəbələ
21. Zeynəddin Abdurahmanov - Cəbrayıl
22. Samir Məhərrəmli - Cəbrayıl
23. Camal Cəfərov - Sabah
24. Samir Abdullayev - Səbail
25. Ağadadaş Salyanski - Neftçi.