
Millimizin heyəti bəlli oldu
- 18:30
- 48
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının II seçmə mərhələsi üçün heyəti açıqlanıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 23 oyunçu dəvət alıb.
U-17 bununla əlaqədar martın 5-dən Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlığa başlayacaq.
Qeyd edək ki, B Liqasının B qrupunun oyunları martın 12-dən 18-dək Bakıda təşkil olunacaq.
S. | Ad/Soyad | Klub |
1 | Firuzə Bayramova | Dinamo Balakən |
2 | Nərgiz Ağaliyeva | Şəfa |
3 | Aydan Abdullayeva | Təhsil 8 İOEUGİM |
4 | Məryəm Səmədli | Təhsil 8 İOEUGİM |
5 | Arzu Cəfərova | Şəfa |
6 | Xanım Əsədova | Neftçi |
7 | Bədriyyə Mövludova | Şəfa |
8 | Ayşən Salamzadə | Neftçi |
9 | Səma Əsədova | Neftçi |
10 | Aysu Əsədova | Sabah |
11 | Aylin Kərimova | Sabah |
12 | Ayan Abdiyeva | Şəfa |
13 | Şəhanə Mirzəliyeva | Mingəçevir |
14 | Suel Polikarpova | Ulduz |
15 | Sara Səlimova | Gömrükçü |
16 | Elmira Hüseynova | Ulduz |
17 | Könül Hüseynova | Mingəçevir |
18 | Naidə Məmmədovə | Zaqatala City |
19 | Xədicə Rəhimova | Təhsil 8 İOEUGİM |
20 | Məhsumə Vahabzadə | Sabah |
21 | Aygün Novruzova | Sabah |
22 | Aylin Əliyeva | Ulduz |
23 | Tahirə Rəcəb | Təhsil 8 İOEUGİM |
Qeyd edək ki, 2011-ci il təvəllüdlü futbolçular Könül Hüseynova, Aylin Əliyeva və Tahirə Rəcəb yalnız təlim-məşq prosesində iştirak edəcəklər.
Oyunların təqvimi:
12 mart
11:00. Bolqarıstan - Malta
ASCO Arena
16:00. Azərbaycan – Lüksemburq
ASCO Arena
15 mart
11:00. Lüksemburq - Malta
ASCO Arena
16:00. Bolqarıstan - Azərbaycan
ASCO Arena
18 mart
13:00. Azərbaycan – Malta
ASCO Arena
13:00. Lüksemburq - Bolqarıstan
Binə stadionu