![photo](https://www.rekord.az/storage/uploads/5/affa-logo-1.jpeg)
Millimizin heyətində dəyişiklik edildi
- 10 Sen 2023 17:40
- 266
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də səfərdə Serbiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq U-21 millimizin heyətində dəyişiklik olub.
Rekord.az xəbər verir ki, “İğdırspor” klubunun üzvü Mustafa Yıldırım zədə səbəbindən heyətdən çıxarılıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.