![photo](https://rekord.az/uploads/5/affa-logo-1-600x300.jpeg)
Millimizin heyətində dəyişiklik edildi
- 2024-07-10 17:00
- 94
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah” komandasının oyunçusu Xanım Əsədova yığmaya qoşulub.
Komanda Avropa çempionatının seçmə mərhələsinin son iki turu çərçivəsində iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.