
Millimizin heyətində dəyişiklik edildi
- 14:30
- 40
Təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Rekord.az xəbər verir ki, məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb.
Hazırda toplanışda ikisi qapıçı olmaqla 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.
Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu martın 11-də, saat 21:00-da Afinadakı “Dias Sports Hall”da keçiriləcək.