Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ”dən dəvət edilən Namiq Şamilov zədə səbəbindən hazırlıq prosesindən kənarlaşdırılıb.  

Əvəzində Sənan Ağalarov (“Qəbələ”) toplanışa dəvət olunub.