Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Stepanenko İsrail çempionu olub. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Maccabi Ashdod" klubu final mərhələsində "Hapoel Kfar Saba" komandası ilə qarşılaşıb. 

Cütün ilk iki oyununda rəqibini quru hesabla üstələyən voleybolçumuzun komandası üçüncü matçda da 3:0 hesabı ilə qələbə qazanıb. Beləliklə, hər üç görüşdə qalib gələn "Maccabi Ashdod" İsrail çempionu olub. 

Qeyd edək ki, yığmamızın hücumçusu Stepanenko bu mövsüm, həmçinin İsrail kubokunun ikincisi olub.