Millimizin hücumçusu meydandan qovuldu
- 06 Noy 2021 20:15
- 310
Futbol üzrə Ukrayna Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Mariupol”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Rüstəmlə Eldar da bu oyunun iştirakçısı olub. Quliyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 27-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Rüstəm isə bu görüşün 54-cü dəqiqəsində meydana buraxılıb. Amma o, sonadək meydanda qalmayıb. 90+6 və 90+7-ci dəqiqələrdə ardıcıl iki sarı vərəqə alan millimizin hücumçusu meydandan qovulub.
14 turdan sonra 8 xalı olan “Minay” 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.