Futbol üzrə Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Veres”lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Eldar bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 74-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Rüstəm isə 57-ci dəqiqədə meydana buraxılıb. O, bundan az sonra – 66-cı dəqiqədə hesabı bərabərləşdirmək üçün əla şans qazanıb. Lakin millimizin üzvü özü qazandığı penaltidən yararlana bilməyib. Rəqib qolkiper onun zərbəsini dəf etməyi bacarıb.

5 turdan sonra 4 xalı olan “Minay” 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.