Azərbaycan millisinin futbolçusu Renat Dadaşov 2023/2024 mövsümündə Türkiyə Super Liqasında yaxaladığı fürsətləri daha çox dəyərləndirən hücumçuların sırasında yer alıb.

Rekord.az xəbər verir ki, bu barədə "DataMB Türkiye" araşdırma aparıb.

24 yaşlı forvard 22,727 % göstərici ilə beşinci pillədə qərarlaşıb. Dadaşov "Adana Dəmirspor"da çıxış edən MBaye Nyanq (29,630 %), "Qalatasaray"dan Mauro İkardi (23,596 %), "Pendikspor"dan Mam Tiam, "Kasımpaşa"dan Nuno da Koştadan ( hər ikisi 23,077 %) geri qalır.

Hatay təmsilçisi Super Liqada 37 xalla 18-ci pillədə qərarlaşıb. Dadaşov ötən il İsveçrə təmsilçisi "Qrasshopper"dən "Hatayspor"a icarəyə verilib. O, cari mövsüm çempionatda 6 qola imza atıb.