Futbol üzrə Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Lvov “Rux”u ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Eldarla Rüstəm də bu oyunun iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıblar. Eldar sonadək oynayıbsa, Rüstəm 71-ci dəqiqədə əvəzlənib. Əhmədzadə 62-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Komandasının ilk qolunu da Rüstəm vurub. Millimizin forvardı 12-ci dəqiqədə fərqlənməklə oyunda hesabı açıb.

12 turdan sonra 8 xalı olan “Minay” 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.