Millimizin hücumçusundan ABŞ-da növbəti qol
- 30 Avq 2020 14:42
- 586
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Dadaşovun komandası səfərdə “Reno”yla qarşılaşıb. Görüş “Finiks Rayzinq”in 1:2 hesablı məğlubiyyəti ilə bitib.
Rüfət də bu matçın iştirakçısı olub. Qarşılaşmanın 64-cü dəqiqəsində meydana daxil olan Dadaşov, 77-ci dəqiqə komandasının yeganə qoluna imza atıb.
Rüfət Dadaşov ABŞ-ın birinci liqasında 7 qolla bombardirlər siyahısında 3-cü sıradadır. 20 xal toplayan “Finiks Rayzinq” isə B qrupunun birincisidir.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmanın Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunları üçün Rüfətə dəvət göndərməyib.