Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu il sentyabrın 16-da və 22-də keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları COVİD-19 pandemiyası ilə əlaqədar müvafiq milli assosiasiyalar arasında qarşılıqlı razılaşma və UEFA-nın qərarı əsasında təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmaların 2021-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulub.