Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ayşən Abduləzimova və Nikolina Başnakova Macarıstan çempionatında növbəti oyununlarına çıxıblar. "Rekord.az" xəbər verir ki, blokçumuz Ayşənin formasını geyindiyi "Vasas" 2-ci turda hücumçumuz Nikalinanın şərəfini qoruduğu "MCM-Diamant" klubu ilə üz-üzə gəlib. 

Görüş gərginliyi ilə yadda qalıb. 5 set davam etmiş görüşdə Abduləzimovanın komandası 3:2 (25:13, 23:25, 25:23, 18:25, 16:14) hesablı qələbəni bayram edib. 

"Vasas"ın 2 xal qazandığı qarşılaşmada hər iki voleybolçumuz 20 dəfə fərqləniblər. Bu göstərici ilə Nikolina komandasının ən çox xal qazanan, Ayşən isə komandasının 2-ci ən məhsuldar  oyunçusu olublar. Abduləzimova meydan sahiblərini 13 dəfə hücumda, 6 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib. Başnakova isə xallardan 18-ni hücumda, 2-ni isə eyslə qazanıb.